Yəmən sahillərində qayıq batıb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, nəticədə 38 nəfər ölüb. Qayıqda batanların Afrika Buynuzu ölkələrindən olduğu bildirilir.
Məlumata göörə, qayıqda ümumilikdə 250 nəfər olub. Qayığın güclü külək nəticəsində çevrildiyi bildirilir.
İtkin düşmüş 100-ə yaxın adamın axtarışları davam edir.
Yerli rəsmilər isə bildiriblər ki, gəmidə olanlar əsasən Efiopiyadan olan və Körfəz ölkələrinə getmək üçün Yəməndən tranzit məntəqəsi kimi istifadə edən miqrantlardır.
Anar Əliyev