Qurban bayramından Türkiyədə 2,7 milyondan çox qurbanlıq heyvanın satıldığı təxmin edilir.
Newscenter.az Türkiyə Damazlıq Qoyun Keçi Yetiştiriciləri Mərkəzi Birliyinə (TÜDKİYB) istinadən xəbər verir ki, bu il Qurban bayramında 2,2 milyonu qoyun olmaqla 2,7 milyondan çox qurbanlıq heyvan satılıb.
Bildirilib ki. qurbanlıq bazarlarında və qoyunçuluq təsərrüfatlarında bayram öncəsi fəaliyyətə baxaraq, təxminən 3 milyona qoyun satışının olacağı təxmin edilib.
"Təəssüflər olsun ki, bu il qoyun qurbanlığı üçün proqnozlaşdırdığımız satışlar reallaşa bilmədi. Bunun ən böyük səbəbinin bayramın uzun sürməsi oldu",-deyə bildirilib.
Natiq Orucov