"Dağıstanın paytaxtı Mahaçqalada həyata keçirilən silahlı insident Crocus City Hall terrorundan sonra Rusiya üçün növbəti ciddi hadisədir. Lakin, bu kimi terror aktları Rusiya üçün nə ilk, nə də son deyil. Bu mənada, baş verən silahlı hücumunun əsasında bir sıra siyasi motiv və meyarlar dayana bilər".
Bu fikirləri Newscenter.az-a AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə səsləndirib. Onun fikrincə, insdentin səbəblərini bir neçə istiqamət üzrə qruplaşdırmaq olar:
"Bunu həm Rusiya daxilində siyasi sabitliyi pozmağa yönəlmiş cəhd kimi də qiymətləndirmək olar, həm də xarici qüvvələrin Kremlə mesajı kimi. Rusiya prezidenti Vladimir Putinin Şimali Koreya və Vyetnama səfərinin ardınca məlum prosesin yaranması ikinci arqumenti daha da qabardır. Lakin bir nüansı da xüsusi olaraq qeyd etməliyik ki, Şimali Qafqaz hər zaman bu tip hadisələrlə zəngindir. Bölgə hələ də Moskva üçün problemli bir nöqtə kimi qalmaqdadır. Səbəb isə əksər hallarda Moskvanın həyata keçirdiyi sərt cəza tədbirləri ilə bağlıdır".
AVP rəsmisinin sözlərinə görə, bu daxili səbəblərdən dolayı törədilmiş hadisədirsə, məntiqində məhz həmin sərt metodlara cavab xarakteri daşımaqdadır:
"Bütün hallarda, səbəblər istər daxili, istərsə də xarici faktorlarla bağlı olsa da, bu Rusiya aspektindən arzuolunan situasiya deyil".
Süleyman