Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Salyan şosesində təmir işləri aparılır-VİDEO

Salyan şosesində təmir işləri aparılır-VİDEO


Dövlət başçısının tapşırığına uyğun olaraq, vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan işlər davam etdirilir. Bu çərçivədə Salyan şosesində (Bibiheybət şosesindən Lökbatan dairəsinədək) təmir işlərinə start verilib.

Newscenter.az Agentliyə istinadən bildirir ki, hazırda ərazidə köhnə asfalt-beton örtüyünün frezlənməsi, piyada səkilərinin yenilənməsi işləri yerinə yetirilir.

Qeyd edək ki, işlərin aparıldığı ərazidə hərəkət tam məhdudlaşdırılmır. Yalnız ərazidən keçən avtonəqliyyat vasitələrinin və çalışan işçilərin təhlükəsizliyi baxımından müəyyən hərəkət zolaqları üzrə qismən məhdudlaşma tətbiq edilir.

Bir daha sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir müddətində sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, təmir ərazisində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.



Nərgiz Əzizova
Xəbəri paylaş