Rusiyanın Novosibirsk vilayəti prokurorunun keçmiş müavini Lyubov Kuzmenok 8,5 il müddətinə azadlıqdan məhrum edilib.
Newscenter.az TASS-a istinadən bildirir ki, Barnaul şəhərinin Leninski Rayon Məhkəməsi Kuzmenoku rüşvət almaqda və səlahiyyətlərindən xidmət maraqlarına zidd istifadə etməkdə təqsirləndirib.
O cəzasını ümumi rejimli həbsxanada çəkəcək. Kuzmenok həmçinin, məhkəmənin qərarı ilə 5 milyon rubl məbləğində cərimə edilib. O cəzasını çəkdikdənsonra 5 il müddətində təşkilati və inzibati funksiyaların yerinə yetirilməsini nəzərdə tutan dövlət orqanlarında çalışa bilməyəcək.
Mehman Mehdiyev