Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qəzzada 200-dən çox humanitar yardım işçisi həlak olub

Qəzzada 200-dən çox humanitar yardım işçisi həlak olub


Israilin Qəzzaya hücumları nəticəsində 200-dən artıq humanitar yardım işçisi həlak olub.

Newscenter.az xəbər verir ki, bu barədə məlumatı Birləşmiş Millətlər Təşkilatının (BMT) Humanitar Məsələlər üzrə Koordinasiya Ofisinin (OCHA) rəsmisi Yasmina Guerda verib. O bildirib ki, Qəzzada vəziyyət rəqəmlərlə ölçülə bilməyəcək qədər pisdir

Guerda, çox sayda insanın yerindən-yurdundan didərgin düşdüyünü, qəzzalıların qida, sığınacaq, sağlamlıq və digər ehtiyaclarını qarşılaya bilmədiklərini deyib.

Ehtiyacı olanlara humanitar yardımın çatdırılmasında yaşanan çətinliklərə diqqət çəkən Guerda, keçid məntəqələrində saatlarla gözlədildiklərini və bunun koordinasiyada çətinliklər yaratdığını bildirib.

Qəzzada, "Qəzzada kimsə üçün təhlükəsiz ərazi yoxdur",-deyə bildirib.

Fuad Hüseynzadə
Xəbəri paylaş