İranın cənub-şərqindəki Sistan-Bəlucistan əyalətində baş verən qum fırtınası ciddi fəsadlara yol açıb.
Newscenter.az İranın İSNA Xəbər Agentliyinə istinadən bildirir ki, qum fırtınası nəticəsində 620 nəfər xəstəxanaya yerləşdirilib Onlardan 25-i stasionar müalicə alıb.
Qum fırtınası səbəbindən görmə qabiliyyətinin azalması nəticəsində baş verən yol qəzalarında 16 nəfər xəsarət alıb.
Bundan başqa təbii fəlakət fərdi yaşayış evlərinə və kənd təsərrüfatı sahələrinə də ciddi ziyan vurub.
Mehman Mehdiyev