Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ötən ay Bakıda 27 nəfəri gün vurub

Ötən ay Bakıda 27 nəfəri gün vurub


İyun ayı ərzində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri üzrə günvurma ilə əlaqədar olaraq 27 nəfərin müraciəti qeydə alınıb.

Bu barədə Newscenter.az-a Tibbi Yardım Mərkəzindən məlumat verilib.

Bildirilib ki, onlardan 5 nəfər xəstəxanaya hospitalizasiya olunub. 20 nəfərə yerində yardım göstərilib. 2 nəfər isə hospitalizasiyadan imtina edib. Yerində yardım göstərilənlərdən iki nəfər 6 və 7 yaşlarında şəxslərdir.

Qeyd edək ki, 2023 - cü ilin İyun ayı ərzində Bakı şəhəri üzrə təcili tibbi yardıma günvurma ilə əlaqədar olaraq 9 nəfərin müraciəti qeydə alınıb. Onlardan 2 nəfər xəstəxanaya təxliyə olunub. 7 nəfərə isə yerində yardım göstərilib.

Nərgiz Əzizova
Xəbəri paylaş