Ötən gün Türkiyənin bir neçə şəhərində suriyalılara qarşı təxribat hərəkətləri yol verən şəxslərə qarşı əməliyyat həyata keçirilib.
Newscenter.az-ın xəbərinə görə, bu barədə məlumatı Türkiyənin Daxili İşlər Nazirliyi yayıb.
Nazir Əli Yerlikayaya istinadən yayılan açıqlamada bildirilib ki, ötən gecə bəzi şəhərlərdə suriyalılara qarşı təxribat xarakterli hərəkətlərə görə 474 nəfər saxlanılıb.
Saxlanılanlardan 285-nin narkotik, talan, oğurluq, əmlaka ziyan vurma, cinsi təcavüz kimi cinayətlərə görə cinayət məsuliyyətinə cəlb olunduğu müəyyən edilib.
Mehman Mehdyev