Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sərnişin avtobusu aşdı, çox sayda yaralı var

Sərnişin avtobusu aşdı, çox sayda yaralı var


Türkiyədə sərnişin avtobusunun iştirakı ilə ağır yol qəza hadisəsi baş verib.

Newscenter.az-ın trthaber-ə istinadən verdiyi xəbərə görə, hadisə Bingöl vilayətində qeydə alınıb.

Məlumata görə, Bingölün Solhan rayonunda sərnişin avtobusu aşıb. Yol qəzası nəticəsində 18 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

Sərnişin avtobusu Bingöl-Solhan avtomobil yolunun Üzən Adalar qovşağında idarəetmədən çıxaraq aşıb.

Mehman Mehdiyev
Xəbəri paylaş