Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Palmali"nin tankeri dənizdə köməksiz qalan insanın həyatını xilas edib

"Palmali"nin tankeri dənizdə köməksiz qalan insanın həyatını xilas edib


Egey dənizində hərəkət edən "Mətin Hüseynov" tankeri gizli yolla başqa ölkəyə keçməyə çalışan bir nəfərin həyatını xilas edib.

Dənizin dərin hissəsində susuz və yeməksiz qalan, Yunanıstana keçmək üçün dənizə çıxan insan köməksiz vəziyyətdə tapılıb. Ona azərbaycanlı dənizçilər kömək edib. "Mətin Hüseynov" tankerinin kapitanı Seymur Bayramov bildirib ki, xilas edilən şəxs 23-25 yaşlarında gənc olub. "O, ərəbcə danışırdı. Taqətdən düşmüşdü. 15-20 dəqiqə sonra, bəlkə də, suda boğulacaqdı. Sadəcə, alt paltarında idi, sənədlərini isə su keçirməyən paketə qoymuşdu".

Azərbaycanlı dənizçilər köməksiz qalan qaçqını göyərtəyə aldıqdan və onun bütün ehtiyacları ödənildikdən sonra Yunanıstanın aidiyyəti orqanları ilə əlaqə qurulub və xilas olunan şəxs sahil təhlükəsizlik qüvvələrinə təslim edilib.

Bir necə gündür ac, susuz və qorxu dolu günlər yaşayan qaçqının yaşayacağına ümid yox idi. "Bir möcüzə oldu. Təşəkkürlər azərbaycanlı gəmiçilərə. Mənə yemək, su verdilər və yaxşı rəftar etdilər” - deyə, xilas edilən şəxs bildirib.

Məlumat üçün qeyd edək ki, “Mətin Hüseynov” tankeri 2023-cü ildə İspanyaya səyahəti zamanı 20 nəfər qaçqını xilas etmişdi.


Xəbəri paylaş