Qazaxıstanda 19 məktəb direktoru cinayət məsuliyyətinə cəlb edilib.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, hadisə Karaqanda vilayətində qeydə alınıb. Belə ki, Nura rayonunda 19 məktəb direktoru inzibati məsuliyyətə cəlb edilib,
Vilayətin Nura rayon prokurorluğu tərəfindən rayon ərazisindəki təhsil müəssisələrində aparılan yoxlamalar nəticəsində sanitar-epidemioloji nəzarət, yanğın təhlükəsizliyi və səhiyyə sahəsində xeyli qanun pozuntuları aşkar edilib.
O cümlədən, rayonun bəzi məktəblərində saxlama müddəti ötmüş dərman preparatları aşkar edilib. Müəyyən edilmiş standartlara cavab verməyən dezinfeksiya məhlulları müəyyən olunub. Məktəblərin birində isə Escherichia coli bakteriyası aşkar edilib.
Yoxlamanın nəticələrinə görə, yanğın təhlükəsizliyi tələblərini pozduqlarına görə 19 məktəb direktoru inzibati, 17 vəzifəli şəxs isə intizam məsuliyyətinə cəlb edilib.
Fuad Hüseynzadə