Türkiyədə daha 53 qeyri-qanuni mühacir saxlanılıb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, hadisə İzmir sahillərində qeydə alınıb.
Məlumata görə, 24-ü uşaq olmaqla 53 qeyri-qanuni mühacir İzmirin Urla mahalı sahillərində saxlanılıb.
Sahil Mühafizə Komandanlığının internet saytında yer alan açıqlamaya görə, Urla sahillərində bir qrup nizamsız immiqrant qayıq qrupu tərəfindən aşkar edilib. Komandalar dayanmış rezin qayıqda 24-ü uşaq olmaqla 53 qeyri-qanuni immiqrantı yaxalayıb.
Mehman Mehdiyev