Qazaxıstanda iyulun 15-dən etibarən siqaretin qiyməti qalxacaq.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki. Dövlət Gəlirləri Komitəsi siqaretin yeni qiymətlərini açıqlayıb.
İyulun 15-dən ən aşağı pərakəndə satış qiymətləri 20 müxtəlif tütün məmulatına tətbiq olunacaq.
Filtrdən keçmiş və filtrsiz siqaretlərin, siqarilloların və qızdırılan tütün məmulatlarının qiymətləri 15 iyul 2023-cü ildən 31 dekabr 2024-cü il daxil olmaqla - 820 tenge;
2025-ci il yanvarın 1-dən isə qiymət 870 təngə artacaq.
Mehman Mehdiyev