Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyədə kütləvi zəhərlənmə

Türkiyədə kütləvi zəhərlənmə


Türkiyədə kütləvi zəhərlənmə hadisəsi baş verib.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, Aydında magistral yol tikintisində çalışan 100 işçi qida zəhərlənməsi şübhəsi ilə xəstəxanalara yerləşdirilib.

Məlumata görə, Aydın-Dənizli avtomobil yolunun tikintisi davam edən Kuyucak-Aydın xəttində işləyən fəhlələrdən bəziləri gecə saatlarında ürək bulanması şikayəti ilə xəstəxanaya müraciət ediblər.

Oxşar şikayətlər səhər saatlarında digər işçilər arasında da müşahidə olunub. Şəxsi avtomobili və ya təcili yardım maşını ilə xəstəxanalara müraciət edən 100 işçiyə tibbi yardım göstərilib.

İşçilərin əksəriyyətinin müalicələrinin ardından evə buraxıldığı bildirilib.

Mehman Mehdiyev
Xəbəri paylaş