Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qırğızıstanda sel olub, ölən var

Qırğızıstanda sel olub, ölən var


Şidddətli yağışlar Qırğızıstanda selə səbəb olub.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, Oş şəhərində daşqın nəticəsində tələfat da olub. Belə ki, itkin düşən 7 yaşlı qızın cəsədi Özbəkistan ərazisində tapılıb, Bu barədə Qırğızıstanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata görə, Əndican (Özbəkistan Respublikası) şəhərinin Şəhrixonsoi suvarma kanalında 2017-ci il təvəllüdlü qız uşağı meyiti tapılıb.

Onun meyiti “Dostık” sərhədindən keçərək Qırğızıstan tərəfinə verilib. İtkin düşən iki qadın və iki qızın axtarışları davam edir.

Xatırladaq ki, Qırğızıstanın Oş vilayəti və Oş şəhərində daşqın olub. Təbii fəlakət nəticəsində yollar dağılıb, küçələr su altında qalıb. Ölkənin Fövqəladə Hallar Nazirliyi 4 nəfərin itkin düşdüyünü bildirib.

Məlumat üçün bildirək ki, iiyunun 28-də də Qırğızıstanda yağan yağışlar nəticəsində Oş vilayətinin Nookat rayonunda daşqın olub. Son məlumata görə, 9 nəfər həlak olub, onlardan 4-ü qazaxıstanlı uşaqdır. Faciəli hadisə baş verən gün Şərqi Qazaxıstandan olan iki oğlan və iki qız anaları ilə qohumlarının yanına gediblər.

Fuad Hüseynzadə
Xəbəri paylaş