Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

70 tibb işçisi məsuliyyətə cəlb edilib

70 tibb işçisi məsuliyyətə cəlb edilib


Qazaxıstanda 70 tibb işçisi məsuliyyətə cəlb edilib.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki. buna səbəb tibbi müəssisə və qurumlarda aparılan yoxlamalar nəticəsində çoxsaylı pozuntu hallarının aşkar edilməsidir.

Belə ki, hüquq-mühafizə orqanları tərəfindən tibbi dərmanlardan istifadə edən 831 müəssisə və təşkilat yoxlanılıb. Nəticədə Cinayət Məcəlləsinin 303-cü (Narkotik, psixotrop və ya zəhərli maddələrlə işləmə qaydalarını pozma) maddəsi ilə 11 cinayətin üstü açılıb. 134 nəfər, o cümlədən 70 tibb işçisi inzibati məsuliyyətə cəlb edilib. 43 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddələr, 5 min dərman vasitəsi və 20 min ampula psixoaktiv vasitə müsadirə edilib.

Yoxlama zamanı Aktobe vilayətinin sənaye obyektlərindən birində prekursorlarla işləmə qaydalarını pozan 20 tondan artıq sulfat turşusu aşkar edilərək götürülüb.

Anar Əliyev
Xəbəri paylaş