İranın Kerman əyaləti Sirah rayonunda Rixter şkalası üzrə 4,9 maqnitudalıq zəlzələ olub.
Newscenter.az “Mehr” agentliyinə istinadən xəbər verir ki, hadisə iyulun 16-da yerli vaxtla saat 4.49-da baş verib.
Bildirilib ki, yeraltı təkanlar 8 km dərinlikdə qeydə alınıb.
İtki və dağıntı barədə məlumat yoxdur.(report)