Suraxanı rayonu, Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə küçəsində yerləşən 200 mm diametrlik su xətti yenidənqurma tədbirləri çərçivəsində 225 mm diametrlik su xətti ilə əvəz edilib.
Newscenter.az xəbər verir ki, boruların birləşdirilməsi prosesi ilə əlaqədar iyulun 16-sı saat 07:00-dən etibarən həmin ərazidə suyun verilməsi müvəqqəti olaraq dayandırılıb.
Yeniləmə prosesinin qısa zamanda yekunlaşacağı planlaşdırılır.
Süleyman