Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dünyada 35 milyon uşaq peyvənd olunmayıb

Dünyada 35 milyon uşaq peyvənd olunmayıb


2023-cü ildən etibarən uşaqlara peyvənd vurulması dayandırılıb.

Newscenter.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dərc etdiyi məlumatda bu barədə qeyd eduilir.

Sözügedən məlumatlar, uşaqlar üçün ən vacib immunitet vasitələrindən biri olan difteriya, tetanoz və göyöskürək (DTP) peyvəndinin hər 3 dozasını alan uşaqların sayının 2023-cü ildə 84 faiz nisbətində sabit olaraq 108 milyon olaraq qaldığına dəlalət edir.

Digər tərəfdən, bir doza belə peyvənd olunmayan uşaqların sayı 2022-ci ildə 13,9 milyon olduğu halda, 2023-cü ildə bu rəqəm 14,5 milyona yüksəlib.

Bu vəziyyətin səbəbinin səhiyyə xidmətlərindəki nöqsanlar, maddi-texniki çətinliklər, peyvəndlə bağlı tərəddüdlər və səhiyyə xidmətlərinə çıxışdakı bərabərsizliklər ola biləcəyi diqqətə çatdırılıb.

Məlumatlar həmçinin göstərir ki, qızılcaya qarşı peyvənd nisbətləri dayanıb. Dünyada təxminən 35 milyon uşaq ümumiyyətlə peyvənd olunmayıb və ya natamam peyvənd olunub.

Nərgiz Əzizova
Xəbəri paylaş