Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Mərhum jurnalistin doğum günüdür

Mərhum jurnalistin doğum günüdür


Müstəqil jurnalist, "Qızıl qələm" və Həsən bəy Zərdabi mükafatı laureatı, "Monitor" jurnalının yaradıcısı və baş redaktoru Elmar Hüseynovun doğum günüdür.

Newscenter.az xatırladır ki, kəskin araşdırmaları ilə tanınan və hakimiyyəti sərt tənqid edən Elmar Hüseynov 17 iyul 1967-ci ildə Bakı şəhərində anadan olub.

Elmar Hüseynov 1983-cü ildə Əzizbəyov rayonundakı 234 saylı orta məktəbi bitirib və elə həmin il Azərbaycan İnşaat Mühəndisləri Universitetinə daxil olub. 1985–1987-ci illərdə sovet ordusunda xidmət edib.

O, 1992-ci ildə Azərbaycan İnşaat Mühəndisləri Universitetini mühəndis-hidrotexnik ixtisası üzrə bitirib. Bir müddət ixtisası üzrə Azərbaycanda Xudafərin SES-in tikintisində və Rusiyada nəhəng Boquçan SES-in tikintisində çalışıb.

Elmar Hüseynov 1995-ci ildə Rusiyadan Azərbaycana qayıdıb və burada jurnalist fəaliyyətinə başlayıb. Çox keçmədən "Zerkalo" qəzeti ilə əməkdaşlıq etməyə dəvət olunub.

2005-ci ilin martında Elmar Hüseynov sifarişli hesab olunacaq qədər planlı olan bir sui-qəsd nəticəsində qətlə yetirilib.

Anar Əliyev
Xəbəri paylaş