Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyədə meşə yanğını, helikopterlər havaya qaldırıldı

Türkiyədə meşə yanğını, helikopterlər havaya qaldırıldı


Türkiyənin Manisa vilayətində meşə yanğını baş verib.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, Manisanın Turqutlu rayonunda əkinçilik sahəsindən meşəyə yayılan yanğına havadan və qurudan müdaxilə edilib.

Əkinçilik sahəsində bilinməyən səbəbdən başlayan yanğın küləyin təsiri ilə meşəlik əraziyə keçib.

İzmir Meşə Region Müdirliyi və Manisa Böyükşəhər Bələdiyyəsi yanğınsöndürmə briqadasından 3 təyyarə, 5 helikopter, 8 su tankeri, 2 su təchizatı maşını və bir dozer yanğın bölgəsinə sövq edilib.

Anar Əliyev
Xəbəri paylaş