Bu ilin birinci yarımilində 8 prokurorluq işçisi cəzalandırılıb.
Newscenter.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Baş Prokurorluqda onlayn formatda keçirilən geniş kollegiya iclasında bildirib.
Qeyd edilib ki, həmin müddətdə aparılan xidməti yoxlamalar nəticəsində müxtəlif xətalar törətdiklərinə görə 8 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib ki, onlardan 1 nəfər prokurorluq orqanlarından xaric edilib, 3 nəfər vəzifədən azad edilib, 4 nəfərə töhmət və ya şiddətdi töhmət verilib.
Mehman Mehdiyev