Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyədə ağır yol qəzası, çoxlu sayda yaralı var

Türkiyədə ağır yol qəzası, çoxlu sayda yaralı var


Türkiyədə ağır yol qəza hadisəsi baş verib.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, hadisə Qaziantepdə qeydə alınıb. Belə ki, fəhlələri daşıyan sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 21 nəfər yaralanıb.

Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir. Hadisə şahidlərinin bildirdiyinə görə, fəhlələri daşıyan mikroavtobus əvvəlcə başqa bir mikroavtobusla toqquşub. Zərbənin təsirindən yoldan çıxan avtobus qarşıdakı yük maşınına çırpılıb.

Hadisə yerinə çoxlu sayda təcili-tibbi yardım maşınları cəlb edilib.

Anar Əliyev
Xəbəri paylaş