Türkiyə Silahlı Qüvvələri İraqın şimalında daha bir uğurlu əməliyyat həyata keçirib.
Newscenter.az Türkiyə Milli Müdafiə Nazirliyinə istinadən bildirir ki. İraqın şimalında Pençe-Kilid Hərəkatı bölgəsində həyata keçirilən hava əməliyyatında 4 PKK terrorçusu zərərsizləşdirilib.
Zərərsizləşdirilən terrorçulardan birinin Sevkan Çele kod adlı Yusuf Kalkan olduğu və onun qırmızı bülletenle axtarışa verildiyi məlum olub.
Milli Müdafiə Nazirliyindən verilən açıqlamada, "Terror təşkilatına daha bir ağır zərbə! İraqın şimalındakı Pəncə əməliyyatı bölgəsində həyata keçirilən hava əməliyyatında 4 PKK terrorçusu zərərsizləşdirilib. Zərərsizləşdirilən terrorçulardan biri də Sevkan Çele kod adlı Yusuf Kalkandır. Onun Silahlı Terror Təşkilatına üzv olmaq və "Silahlı Terror Təşkilatı yaratmaq və ya idarə etmək cinayətlərinə görə axtarışda olduğu müəyyən edilib",-deyə bildirilib.
Mehman Mehdiyev