Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dəmir yollarına kənar əşyalar qoyulur

Dəmir yollarına kənar əşyalar qoyulur


Bu il ərzində “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) məxsus qatarların keçdiyi dəmir yolu xətlərinə 22 dəfə kənar əşya qoyulub.

Bu barədə Newscenter.az səhmdar cəmiyyətə istinadən xəbər verir.

Məlumata görə, dəmir yolu relsləri üzərinə daş düzülməsi, dəmir, təkər və digər böyük əşyaların qoyulması buna misal ola bilər. Belə hallar zamanı hərəkətin təhlükəsizliyinə ciddi təhlükə yaranır, qatarların hərəkət qrafiki pozulur, sərnişinlərin və yüklərin daşınmasında, mənzilbaşına vaxtında çatdırılmasında yubanmalar yaşanır, qatar heyəti və sərnişinlərin həyatı risk altına düşür.

"Dəmir yolu xətti üzərində kənar əşya görsəniz, yaxınlıqdakı stansiyaya və yaxud ADY-nin 1822 Əlaqə Mərkəzinə dərhal məlumat verməyiniz xahiş olunur",- deyə məlumatda qeyd edilib.

Süleyman
Xəbəri paylaş