"Xalq artisti, tanınmış müğənni Ağadadaş Ağayevin klinikada gözətçi ilə tutaşması, dava zamanı balta ilə kiməsə xəsarət yetirməsi, ifrat emosional-psixoloji gərginlikli olmaqla yanaşı, həm də, insanda daxilən aqressiv təbiətin açıq göstəricisidir".
Newscenter.az xəbər verir ki, bunu kriminalist İlqar Altay səsləndirib. O bildirib ki. bu hadisə cinayət xarakterli əməldir:
"Hər halda, yəqin, istintaq araşdırması başlanar. Hadisənin hansı motivlə, qarşılıqlı mübahisə ya, tutaşma zəminindəmi baş verməsi, xəsarət alan qadındakı xəsarətin ağırlıq dərəcəsi, digər məlum olmayan vacib əlamətlər də ayırd edilər. İstənilən halda, müğənni gərək yol verməzdi bu addıma".
Anar Əliyev