Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 təyyarəsinin qəzaya uğramasından 5 il ötür.
Newscenter.az xatırladır ki, 24 iyul 2019-cu ildə Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 döyüş təyyarəsi təlim uçuşu zamanı Xəzər dənizində qəzaya uğrayıb. Təyyarə suyun üzərinə düşərkən parçalanıb.
Təyyarənin qəzaya uğradığı yer Bakıdan 65 km şimalda yerləşən Zarat kəndindən 9 km şərqdə olub.
Təyyarənin axtarış ərazisinin təxmini sahəsi 600 kvadrat kilometr, dərinliyi 40 metrə qədər olub. Təyyarə və pilotun axtarışları üçün Türkiyə və Rusiyadan mütəxəssis və avadanlıqlar cəlb olunub.[
MiQ-29 təyyarəsinin Xəzər dənizinə düşdüyü ərazi avqustun 8-i axşam saatlarında müəyyən edilib və təyyarənin bəzi hissələri dənizin dibindən çıxarılıb.
Anar Əliyev