Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu tarixdən etibarən paytaxtda məhdudiyyətlər tətbiq ediləcək

Bu tarixdən etibarən paytaxtda məhdudiyyətlər tətbiq ediləcək


Qazaxıstanın paytaxtı Astanada avtomobillərin və piyadaların hərəkətinə məhdudiyyət tətbiq ediləcək.

Newscenter.az xəbər verir ki, bu barədə "Sputnik Qazaxıstan" məlumat yayıb.

Bildirilib ki, məhdudiyyətlər ictimai-siyasi hadisələrlə əlaqədardır. Avtomobil və piyadalar üçün məhdudiyyətlər avqustun 7-10-u tarixlərində keçərli olacaq.

Məhdudiyyətlərə hazırlıq çərçivəsində avqustun 3-də birgə planlı təlimlər keçiriləcək. Tədbirlər xüsusi dövlət və hüquq-mühafizə orqanlarının, eləcə də Silahlı Qüvvələrin, o cümlədən hərbi aviasiyanın resurslarından istifadəni nəzərdə tutur.

Qeyd edək ki, avqustun 9-da Astanada Mərkəzi Asiya dövlətləri başçılarının altıncı Məşvərət görüşü keçiriləcək.

Anar Əliyev
Xəbəri paylaş