Bu gün Türkiyənin Ali Hərbi Şurasının iclası keçiriləcək.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçiriləcək iclasda Şura üzvləri, sədr müavini Cevdet Yılmaz, ədliyyə naziri Yılmaz Tunç, xarici işlər naziri Hakan Fidan, xəzinə və maliyyə naziri Mehmet Şimşək, daxili işlər naziri Əli Yerlikaya, milli təhsil naziri Yusuf Tekin, Milli Müdafiə naziri Yaşar Gülər, Baş Qərargah rəisi, ordu generalı Metin Gürak, Quru Qoşunları Komandanı General Səlcuq Bayraktaroğlu, Hərbi Dəniz Qüvvələri komandanı Admiral Ərcüment Tatlıoğlu və Hərbi Hava Qüvvələri komandanı general Ziya Camal Kadıoğlu iştirak edəcək.
Ali Hərbi Şura üzvləri toplantıdan əvvəl prezident Ərdoğanın sədrliyi ilə Anıtkabiri ziyarət edəcək.
İclasda polkovniklərin rütbəsi və səlahiyyət müddətinin uzadılması ilə yanaşı, generalların və admiralların da yüksəliş və təyinat dosyeləri müzakirə olunacaq.
Şuranın qərarlarının Ərdoğanın təsdiqindən sonra ictimaiyyətə açıqlanması gözlənilir.
Anar Əliyev