![Türkiyədə 105 qeyri-qanuni miqrant saxlanılıb](/uploads/posts/2024-08/105.jpg)
Türkiyədə daha 105 qeyri-qanuni miqrant saxlanılıb.
Newscenter.az Türkiyənin Sahil Mühafizə Komandanlığına istinadən bildirir ki, hadisə İzmirdə qeydə alınıb. Belə ki, 20-si uşaq olmaqla 105 qeyri-qanuni mühacir tutulub.
Sahil Mühafizə Komandanlığının internet saytında yer alan açıqlamaya görə, İzmirin Karaburun sahillərində xilasedici sallarda qeyri-qanuni mühacirlərin olması xəbəri üzərinə bölgəyə qayıq qrupu göndərilib.
16-sı uşaq olmaqla 36 qeyri-qanuni immiqrant iki xilasedici salda qruplar tərəfindən qurtarılıb.
Jandarm qüvvələrinin dəstəyi ilə isə 2-si uşaq olmaqla 32 qeyri-qanuni mühacir quruda yaxalanıb.
Mehman Mehdiyev