Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sərnişin avtobusu qəzaya uğradı, ölənlər var

Sərnişin avtobusu qəzaya uğradı, ölənlər var


Türkiyədə daha bir sərnişin avtobusu qəza törədib.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, hadisə Dənizli şəhərində baş verib. Belə ki, mikroavtobusla minik avtomobili toqquşub. Qəza nəticəsində 2 nəfər ölüb, 10 nəfər yaralanıb.

Məlumata görə, Dənizlinin Pamukkale rayonunda, Uydukent qovşağında Həsən Türkün idarə etdiyi mikroavtobus Musa Öztürkün idarə etdiyi avtomobillə toqquşub.

Qəzada avtomobil sürücüsü və həyat yoldaşı Cemile Öztürk hadisə yerində ölüb, mikroavtobus sürücüsü və eyni vasitədə olan 9 nəfər yaralanıb.

Anar Əliyev
Xəbəri paylaş