Hazırda 150 min israilli xaricdən ölkəyə qayıda bilmir.
Newscenter.az xəbər verir ki, bu barədə İsrailin Kanal 12 televiziyası məlumat verib. Bildirilib ki, uçuşlar dayandırıldığı üçün 150 min israilli xaricdə qalıb.
Qeyd edək ki, İranın paytaxtı Tehranda HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin və İsrailin Beyruta endirdiyi hava hücumunda Hizbullahın yüksək rütbəli komandiri Fuad Şükürün öldürülməsindən sonra İran Hizbullah və HƏMAS-ın İsrailə qarşı qisas çağırışları hava yolları şirkətlərinin uçuşlarına təsir göstərib.
Anar Əliyev