ABŞ-nin qazma texnikasını SSRİ-yə gətirən görkəmli neftçimizin anım günüdür ABŞ-nin neftçilərindən öyrəndiyi fırlanan qazma texnikasını SSRİ-yə gətirən neftçimiz, qazma ustası, Əmək Qəhrəmanı Piri Quliyev və ya Usta Piri (1869-1951).
Newscenter.az xəbər verir ki, o, 1917–1920-ci illərdə Bakı şəhərində inqilabi fəaliyyətdə fəal iştirak edib. Piri Quliyev bütövlükdə respublikanın neft sahələrində və neft sənayesində qazma işlərinin bərpası üçün böyük işlər görüb. 1924–1926-cı illərdə ABŞ-yə işgüzar səfərə gedib.
Amerikaya getdikdən sonra, “Signal Hill”də qazma müqaviləsi hazırlayıb, daha sonra “Torrens” neft yataqlarında, St Paul, Midfest-Rifaineri və Oklahoma şəhərində işləyib. SSRİ-yə ABŞ-nin neftçilərindən öyrəndiyi fırlanan qazma texnikasını gətirdi. 1926-cı ildən "Azneft" MMC-nin yeni yataqlarının kəşfiyyat şöbəsinin müdiri işləyib. Balaxanı və Sabunçu quyuslarının əsas inkişaf etdiricilərindən biri olub, Qala və Qaraçuxur yatağlarının kəşf edilməsi və istismara verilməsi istiqamətində aktiv iştirak edib.
Anar TAĞIYEV