İtaliyanın azərbaycanlı Milli Qəhrəmanının anım günüdür.
Newscenter.az xəbər verir ki, partizan Luçano adı ilə tanınan Məhəmməd Xəlilov (Sabirabad 1920-1997). İkinci Dünya Müharibəsində ağır yaralanaraq almanlara əsir düşür və əvvəlcə Almaniyaya, sonra İtaliyaya göndərilir. Lakin Pyamçentsa şəhəri yaxınlığında əsirlikdən qaçır və partizanlara qoşulur.
M.Xəlilov bu diviziyanın döyüşçüləri ilə birlikdə Hitler işğalçılarına qarşı bir sıra aksiyalarda fəal iştirak edib. Müttəfiqlərin Mərkəzi Aralıq Dənizi bölgəsindəki qoşunlarının komandanı marşal Aleksander tərəfindən imzalanmış “Vətənpərvər sertifikatı” ilə təltif edilib. İtaliyanın “Unita” qəzeti yazırdı: Bakıdan olan türk Məhəmməd kinoteatrda növbəti partlayışı törətmişdir , möhkəm mühafizə edilən körpünü partlatmışdır. Bir müddət sonra onu İtaliya Kommunist Partiyasına üzv seçirlər. Ona zəmanəti şəxsən Palmirro Tolyatti verir. Bu dövrdə o, artıq “Luçano” ləqəbli məşhur partizan və partizan dəstəsinin qərargah rəisi idi. İtaliya Milli Qəhrəmanı, Ukrayna və İtaliyanın fəxri vətəndaşı mükafatları ilə təltif edilib.
Anar TAĞIYEV