Qazaxıstanda qara yara xəstəliyi yayılıb.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, hadisə Kostanay vilayətində qeydə alınıb. Vilayətinin Denisov rayonu, Sverdlov kənd dairəsinin Prireçnoe kəndində karantin tətbiq edilib.
Belə ki, Prireçnoe kəndinin “Altay” firmasında bir neçə iribuynuzlu mal-qara tələf olub. Patoloji material qarayara xəstəliyinin araşdırılması üçün rayon baytarlıq laboratoriyasına göndərilib.
Keçirilmiş sınaq protokoluna əsasən, rayon baytarlıq laboratoriyası tərəfindən bakterioloji və PZR üsullarından istifadə etməklə Səhiyyə Nazirliyindən qarayara xəstəliyinə dair patoloji materialın müsbət nəticə verdiyi ekspertiza rəyi verilib. Prireçnoe kəndi ərazisində karantin təyin edilib.
Mehman Mehdiyev