Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyədə meşə yanğını başlayıb

Türkiyədə meşə yanğını başlayıb


Türkiyənin Yalova vilayətində meşə sahəsində yanğın başlayıb.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, Yalovanın Armutlu rayonunda meşəlik ərazidə baş verən yanğını söndürmək üçün havadan və qurudan müdaxilə edilir.

Yanğının baş vermə səbəbi hələlik məlum deyil.

Yalova valisi Hülya Kaya deyib ki, yanğının əhatə dairəsi geniş olduğundan onu söndürmək üçün havadan əlavə dəstək istənilib. Çünki yanğın dağlıq ərazidə baş verdiyi üçün qurudan müdaxilədə problemlər meydana çıxır.

Mehman Mehdiyev
Xəbəri paylaş