Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yevlax-Balakən istiqamətində 162 km rels təsərrüfatı yoxlanılıb

Yevlax-Balakən istiqamətində 162 km rels təsərrüfatı yoxlanılıb


ADY hərəkət təhlükəsizliyini, relslərin sazlığını təmin etmək üçün dəmir yolu xətlərinin yoxlanılmasında Britaniya istehsalı müasir MDL-“Land Rover” mobil defektoskop laboratoriyasından istifadə edir.

Newscenter.az
quruma istinadən bildirir ki, kombinə edilmiş MDL-“Land Rover” yolların əks səda və güzgü kölgə nəzarət metodu ilə ultrasəs diaqnostikasını aparır, mövcud və ya yarana biləcək nöqsanları operativ qaydada aşkarlayır, müvafiq məlumatları qeyd edir və onları sonrakı təhlil üçün vahid məlumat bazasına ötürür.

Yevlax-Balakən istiqamətində bu defektoskop laboratoriya vasitəsilə 162 km rels təsərrüfatı yoxlanılıb, əldə olunan məlumatlar əsasında görüləcək işlər müəyyən edilib.

Süleyman
Xəbəri paylaş