Fələstin prezidenti Mahmud Abbas avqustun 14-də Türkiyəyə səfər edəcək.
Newscenter.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin İnformasiya İdarəsi məlumat verib. Bildirilib ki, Fələstin lideri prezident Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Prezident Rəcəb Tayyib Ərdoğan Abbasla Beştəpədə görüşəcək. Mahmud Abbas Türkiyə Böyük Millət Məclisinin Baş Assambleyasında da çıxış edəcək.
İsrailin Qəzzada törətdiyi qırğınlar və atəşkəs axtarışları liderlərin görüşündə müzakirə olunacaq. Həmçinin görüşdə regionda artan gərginlik, xüsusilə İran-İsrail gərginliyi də müzakirə olunacaq.
Mahmud Abbas avqustun 15-də Türkiyə Böyük Millət Məclisində olacaq. O, saat 15.00-da başlayacaq iclasda Baş Assambleyada çıxış edəcək.
Anar Əliyev