Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ölkəmizdə insan kapitalının inkişafına yönəlmiş addım

Ölkəmizdə insan kapitalının inkişafına yönəlmiş addım


"Cənab Prezident Azərbaycan gənclərinin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair çox vacib bir sərəncam imzaladı. Belə ki, sərəncamla gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illəri əhatə edən Dövlət Proqramı daha 2 il artırılaraq 2028-ci ilə qədər uzadıldı".

Newscenter.az-ın xəbərinə görə, bunu iqtisadçı Eldəniz Əmirov deyib. Onun sözlərinə görə, sərəncamda əksini tapan ikinci, vacib dəyişiklik isə hər il nəzərədə tutulan 400 nəfərin artırılaraq 500 nəfərə çatdırılmasıdır:

"Üçüncü vacib dəyişiklik isə, “magistratura” sözünün, “magistratura və doktorantura” sözləri ilə əvəz edilməsidir ki, bu da gənclərimiz üçün xaricdə doktorantura təhsili almaq imkanı verəcəkdir".

Eldəniz Əmirov deyib ki, bu sərəncamı ölkəmizdə insan kapitalının inkişafına yönəlmiş çox önəmli, dəqiq və düşünülmüş strateji qərar kimi qiymətləndirir.

Anar Əliyev
Xəbəri paylaş