Qazaxıstan prezidenti Kasım Jomart Tokayev müdafiə naziri Ruslan Jaksılıkovu qəbul edib.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, Silahlı Qüvvələrin Ali Baş Komandanına Müdafiə Nazirliyinin cari ilin birinci yarısında gördüyü işlər barədə məlumat verilib.
Nazir beynəlxalq təlim-məşq toplanışlarının nəticələri, döyüş hazırlığının yeni üsullarının tətbiqi barədə də prezidenti məlumatlandırıb. O, həmçinin silahlı qüvvələrin döyüş və səfərbərlik hazırlığı ilə bağlı əvvəllər qarşıya qoyulmuş tapşırıqların icrasından danışıb.
Görüşün sonunda Ali Baş Komandan müdafiə nazirinə Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin potensialının daha da inkişaf etdirilməsi istiqamətində bir sıra tapşırıqlar verib.
Anar Əliyev