Türkiyə Silahlı Qüvvələri terrorla mübarizəni həm ölkə daxilində, həm də sərhəddən kənarda qətiyyətlə davam etdirir.
Newscenter.az Türkiyənin Milli Müdafiə Nazirliyinə (MSB) istinadən bildirir ki, Pəncə-Kilit əməliyyatı bölgəsində həyata keçirilən əməliyyatda daha 17 terrorçu zərərsizləşdirilib.
“Qəhrəman Türkiyə Silahlı Qüvvələrimiz sərhədlərimizin təhlükəsizliyi, bölgənin sülh və təhlükəsizliyi üçün İraqın şimalında əməliyyatlarını fasiləsiz olaraq davam etdirir.
Pəncə-Kilit bölgəsində unudulmaz qəhrəmanlıqlar göstərən, ən təhlükəli və çətin ərazilərdə terrorçuların yuvalarını dağıtan qorxmaz Mehmetçik terror təşkilatı PKK-nı bölgədən silmək üçün mübarizə aparır",-deyə məlumatda bildirilir.
Anar Əliyev