Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

TSK-nın 'Gürz-6' adı altında antiterror əməliyyatı

TSK-nın 'Gürz-6' adı altında antiterror əməliyyatı


Türkiyə PKK terror təşkilatına qarşı uğurlu mübarizəsini davam etdirir.

Newscenter.az Türkiyənin Daxili İşlər Nazirliyinə istinadən bildirir ki, 'Gürz-6' adı altında keçirilən əməliyyatda 3 terrorçu zərərsizləşdirilib.

Daxili işlər naziri Ali Yerlikaya Hakkaridə həyata keçirilən “Gürz-6” əməliyyatını anbaa izləyib. Nazirliyin yaydığı məlumatda bildirilib ki, əməliyyat zamanı 1-i boz, 1-i narıncı olmaqla 3 terrorçu zərərsizləşdirilib.

Daxili İşlər Nazirliyinin terrorçu axtarışda olanlar siyahısında narıncı kateqoriyada olduğu təsbit edilən Armanç Devrim kod adlı Hacer Tekin ölü olaraq zərərsizləşdirilib.

Anar Əliyev
Xəbəri paylaş