Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Zərgərlik məmulatlarının ixracı iki qat artıb

Zərgərlik məmulatlarının ixracı iki qat artıb


Keçən ay Türkiyədə zərgərlik məmulatlarının ixracı iki qat artaraq 948 milyon dollara çatıb.

Newscenter.az Türkiyə İxracatçılar Məclisinə (TİM) istinadən bildirir ki, bu dövrdə ən çox ixrac 508,7 milyon dollarla Birləşmiş Ərəb Əmirliklərinə olub. Bu ölkəni 50,4 milyon dollarla ABŞ, 43,4 milyon dollarla İraq, 37,7 milyon dollarla Liviya və 37,6 milyon dollarla Honq Konq izləyib.

Hesabat dövründə Türkiyənin ümumi ixracatı keçən ilin eyni dövrünə görə 13,8 faiz artaraq 22,5 milyard dollar təşkil edib ki, nəticədə zərgərlik sənayesinin ümumi ixracda payı 4,2 faiz olub.

Sektorun Birləşmiş Ərəb Əmirliklərinə ixracı iyul ayında 291 milyon dollar artıb. İxracda artımda Birləşmiş Ərəb Əmirliklərini 39,9 milyon dollarla İraq, 31,4 milyon dollarla Böyük Britaniya, 27,5 milyon dollarla Liviya və 12,6 milyon dollarla İtaliya yer alıb.

İyulda zərgərlik sənayesi Böyük Britaniyaya 35,5 milyon dollar, İtaliyaya isə 15,5 milyon dollar ixrac edib.

Natiq Orucov
Xəbəri paylaş