Cari ilin əvvəlindən hüquq-mühafizə orqanları Rusiyada 110 terror aktının qarşısını alıb.
Newscenter.az TASS-a istinadən bildirir ki. bu barədə Milli Antiterror Komitəsinin sədri, FTX-nin direktoru Aleksandr Bortnikov deyib. O, Rusiya Federasiyasının subyektlərinin terror aktlarını dəf etməyə hazırlığının təkmilləşdirilməsi və qarşıda duran vəzifələrə dair Milli Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı bildirib ki, terror cinayətlərinin hazırlanması və törədilməsinə, terrorçuluğun əsaslandırılmasına və təbliğinə görə 1050-dən çox şəxs saxlanılıb.
"Həmçinin, terrorçuları maliyyələşdirmək və onlara yardım göstərmək istəyən bir qrup şəxs də saxlanılıb”, - deyə Bortnikov söyləyib.
Anar Əliyev