Türkiyədə zəlzələ baş verib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, yeraltı təkanlar Sivasda qeydə alınıb. Türkiyənin Fövqəladə Halların İdarəedilməsi Agentliyinin yaydığı xəbərə görə, Sivas Mərkəzində baş verən zəlzələ 4,1 bal gücündə olub.
Zəlzələnin 9,7 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib. Dağıntı və tələfat barədə məlumat yoxdur.
Anar Əliyev