Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Günəşdə yeni güclü partlayış olub

Günəşdə yeni güclü partlayış olub


Günəşin Yerə baxan tərəfində X səviyyəli yeni güclü partlayış olub.

Newscenter.az xəbər verir ki, bu barədə Rusiya KİV Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyasının rəhbəri Sergey Boqaçova istinadən məlumat yayıb.

“Günəşdə yeni X səviyyəli partlayış olub – düz Günəş-Yer xəttində. Kosmik izləmə məlumatlarına görə, Günəşdə ən yüksək – ilkin hesablamalara görə, X1.1 səviyyəli yeni partlayış qeydə alınıb”, - alim deyib.

Avqustun əvvəlində Yerdə baş verən maqnit qasırğası G3 səviyyəsinə çatıb ki, bu da “güclü” kimi qiymətləndirilir. Şkalada ən yüksək səviyyə G5 (son dərəcə güclü), ən aşağısı isə G1-dir (zəif).

Bu səviyyə o deməkdir ki, Yerdəki enerji sistemlərində problemlər yarana, o cümlədən təhlükəsizlik sistemlərində yanlış xəbərdarlıq siqnalları baş verə bilər. Hazırda Günəşdən Yerə doğru yeni partlayışlar və tullantı riskləri mövcuddur.(report)
Xəbəri paylaş