Konqo Demokratik Respublikası və qonşu ölkələrdə görülən meymun çiçəyi virusu Afrika qitəsindən kənara da yayılıb. İsveçdə meymun çiçəyinə ilk yoluxma halı təsdiqlənib.
Newscenter.az Röyters-ə istinadən xəbər verir ki, İsveçin Səhiyyə və Sosial Məsələlər naziri Yakob Forssmed mətbuat konfransında "Günortadan sonra biz təsdiq etdik ki, İsveçdə Clade I adlı daha ciddi tipdə meymun çiçəyi xəstəliyi var", -deyə bildirib.
İsveç Xalq Sağlamlığı Təşkilatından verilən açıqlamada sözügedən hadisənin ilk dəfə meymun çiçəyi virusunun təhlükəli variantı olan Clade I-in Afrikadan kənarda təsbit edildiyi və xəstənin paytaxt Stokholmda olduğu vurğulanıb.
Ümumdünya Səhiyyə Təşkilatı meymun çiçəyi virusunun yayılması səbəbindən son iki il ərzində ikinci dəfə dünən qlobal ictimai sağlamlıq vəziyyətində fövqəladə vəziyyət elan edib.
Anar Əliyev