Qazaxıstanın paytaxtı Astanada 100 minə yaxın şagird yerlik (iki növbəli) 30-dan çox məktəb tikilir.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən xəbər verir ki, yeni tədris ilində 20-dən çox məktəb tikiləcək.
Yeni nümunəvi məktəblər iki növbədə 90 min şagird yeri açmağa imkan verir. Bu məktəblərdən 8-nin yeni tədris ilinin əvvəlində təhvil verilməsi nəzərdə tutulub.
Həmçinin, tədris ilinin əvvəlində adıçəkilən təhsil müəssisələrindən əlavə daha 3 dövlət və bir özəl məktəbin açılması nəzərdə tutulur.
Bundan əlavə, ilin sonuna kimi daha 7 məktəb, 2 dövlət və 2 özəl məktəbin istifadəyə verilməsi nəzərdə tutulur.
Mehman Mehdiyev