Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

1800 illik büst tapıldı

1800 illik büst tapıldı


Türkiyədə 1800 illik yaşı olan büst tapılıb.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, Düzcenin Konuralp bölgəsindəki Prusias Ad Hypium Qədim Şəhərində davam edən qazıntılar zamanı antik teatrın səhnə binasını inşa etdirən M. İulius Proklasa aid olduğu düşünülən portret büstü üzə çıxıb.

Düzce Bələdiyyəsindən verilən məlumata görə, tarixi eramızdan əvvəl 3-cü əsrə aid olan bölgədə Mədəni İrs və Muzeylər Ümumi Müdirliyinin icazəsi, Konuralp Muzey Müdirliyinin sədrliyi və dəstəyi ilə arxeoloji tədqiqatlara başlanılıb.

Qazıntılar zamanı teatrın səhnə binasını tikdirən M. Julius Proklosa aid olduğu güman edilən 1800 illik portret büstü tapılıb.

Büstün İmperator Hadrianın hakimiyyətinə aid olduğu güman edilir.

Nərgiz Əzizova
Xəbəri paylaş